Anar Xəlilov: “Zaman müxalifəti tarixin arxivinə atmalı olacaq” RƏY-ÖZƏL

Anar Xəlilov: “Zaman müxalifəti tarixin arxivinə atmalı olacaq” RƏY-ÖZƏL

“İlk olaraq onu qeyd edim ki, Azərbaycan hüquqi, demokratik dövlətdir, tam formalaşmış strukturları, güclü ordusu, stabilliyi təmin edən hüquq-mühafizə orqanları var”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, Azərbaycanın silahlı qüvvələri, hüquq mühafizə orqanları bu gün dövlətin apardığı siyasətə sadiqdir, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sadiqdir: “Bir sözlə, xalq öz Prezidentinin yanındadır. Özlərini dağıdıcı müxalifətin tör-töküntüləri kimi tanıdan sosial şəbəkə fəalları olan Cəmil Həsənlinin, Arif Hacılının, Əli Kərimlinin və digərlərinin isə xalq arasına heç bir dəstəyi yoxdur. Ancaq onlar sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edirlər və orda da hay-həşir qopartmaqla məşğuldurlar. Yəni onların bu cür çaşdırıcı bəyanatları məkrə xidmət edir. Onlar öz mövcudluqlarını nümayiş etdirmək və xarici anti-Azərbaycan qüvvələrdən aldıqları maliyyəni saxlamaqdan ötəri şər kampaniyalarına əl atırlar. Həm də, xaricidə olan havadarlarına çatdmaq istəyirlər ki, doğrudan da onlar Azərbaycanda müxalifət liderləridir. Hər zaman olduğu kimi yenə də müxalifət reallığı özündə əks etdirməyən boş-boş sözlər danışırlar. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslərin bu cür hərəkətlərə əl atması onları daha da gözdən salır. Çünki xalq onların kim olduqlarını onların özlərindən yaxşı bilir. Yaxşı olardı ki, müxalifət bu cür hərəkətlərə əl atmasın. Çünki proses bu cür davam edərsə zaman onları tarixin arxivinə atmalı olacaq”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə