İran müxalifəti xalqa sabah paytaxt Tehran və digər şəhərlərdə təşkil ediləcək nümayişlərə qatılma çağırışı edib. SİA-nın məlumatına görə, çağırış müxalifətin "kaleme.com" internet saytından yayımlanıb. Çağırışda "İrandakı dinçi diktatorluğa qarşı döyüş" olacağı ifadə olunub.
Qeyd edək ki, İranda həftənin əvvəlində təşkil edilən nümayişlərdə təhlükəsizlik gücləri ilə müxalifət arasında baş verən qarşıdurmalarda 2 adam ölmüşdü. Ölkədəki radikal rejimin tərətdarları isə hal-hazırda ev dustağı olan müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin asılmasını istəmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB