Ermənistan təyyarəsi qəza enişi etmək məcburiyyətində qalıb

Ermənistan təyyarəsi qəza enişi etmək məcburiyyətində qalıb

İrəvandan Moskvaya uçan Boeing 737 təyyarəsi Tiflisdə qəza enişi etmək məcburiyyətində qalıb. SİA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Ermənistan tərəfindən idarə olunan və İrəvandan Moskvaya uçan Boeing 737 təyyarəsi elektrik cihazlarında yaranan problem səbəbindən Tiflisə təcili eniş etmək məcburiyyətində qalıb. Agentlik məlumat verir ki, Ermənistan mülki aviasiyasının nümayəndəsi heç kimin zərər görmədiyini bildirib. Qeyd edək ki, qəza enişi etmək məcburiyyətində qalan təyyarədə 118 sərnişin olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə