Narazılıq dalğası Ermənistanı bürüyür

Narazılıq dalğası Ermənistanı bürüyür

Ermənistanın məhkəmə sistemində narazılıq dalğası yaranır. SİA-nın məlumatına görə, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.

Qəzet yazır ki, məhkəmə sistemində narazılıq dalğası yaranır və səbəb inqilabdan sonra həm hüquq mühafizə orqanlarının, həm də məhkəmə sistemlərinin həddən artıq gərgin şəraitdə işləməsidir. Bu səbəbdən, İrəvan şəhərinin hakimləri arasında mübahisələr başlayıb və qeyd olunur ki, bu qədər yüklənmiş rejimdə iş davam edərsə, respublikanın ərazisinə işə keçmək barədə ərizə yazacaqlar.

Bölgələrdə vəziyyət paytaxtda olduğundan fərqlifdir və iş yükü nisbətən azdır. Nəşrin məlumatına görə, yaxın gələcəkdə həm Ali Məhkəmə Şurası, həm də Məhkəmə heyəti tıxac probleminin həlli üçün konkret hərəkətlərə başlayacaqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə