"Sosial şəbəkələr öz mahiyyətini itirməyə başlayıb" ÖZƏL -MÜNASİBƏT

"Sosial şəbəkələr öz mahiyyətini itirməyə başlayıb" ÖZƏL -MÜNASİBƏT

“Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda sosial şəbəkələr sürətlə söyüş platformasına çevrilir”. Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə zorakılığa, qisasa, şiddətə çağırışlara son vaxtlar daha tez-tez rast gəlmək mümkündür: “Sosial şəbəkələr öz mahiyyətini itirməyə başlayıb. Rəqibin sosial şəbəkələr vasitəsilə linç edilməsi yolverilməzdir. Sosial şəbəkələr fərqli fikrə dözümlülüyü arxa plana keçirib. Bir jurnalist kimi mən bundan çox əziyyət çəkirəm. Fərqli düşüncələrim çox vaxt "süngü" ilə qarşılanır. Heç kimin sözü qənbər daşı kimi rəqibin başına çırpmağa ixtiyarı yoxdur. Siyasi mübarizə etika çərçivəsini aşmadan aparılmalıdır. Sosial şəbəkələr cəmiyyəti zorakılığa deyil, sevgiyə, barışa, həmrəyliyə səsləməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə