Rauf Zeyni: “Xalqı təxribatlara imkan verməyəcək və qətiyyətlə onun qarşısı alınacaq" RƏY-ÖZƏL
"Azərbaycanın dünyada yeri və rolu möhkəmlənib, sosial-iqtisadi cəhətdən güclənməsi bəzi yerli və xarici məkrli qüvvələri ciddi narahat edir". Bunu SİA-ya açıqlamasında Milli QHT Formunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, bu baxımdan müxtəlif qüvvələr, xaricidə olan bəzi güc mərkəzləri ölkə daxilindəki radikal qüvvələrlə birləşərək müxtəlif təxribatlar, pocuculuq akttları həyata keçirirlər ki, ölkəmizdə sabitliyi, stabilliyi pozsunlar və ölkəmizin inkişafına zərbə vursunlar: "Bu da yol verilməzdir. QHT-lər olaraq, bir vətəndaş olaraq biz daim bu tip təxribatlara öz etirazımızı bildirmişik. Ümumiyyətlə, qanundan kənar və qanunun yol vermədiyi formalara çağırış etmək, ölkədə hər hansı bir formada nə isə bir xoşagəlməz bir vəziyyət yaradılması ilə bağlı çağırışlar etmək düzgün deyil. Çünki bu cür hallar ölkəmizin inkişafına zərbə vurmaq deməkdir. Ona görə də, siyasi mənsubiyyətindən asılı olmayaraq, yəni kimliyindən asılı olmayaraq kiminsə bu dövlətə və millətə xəyanət etməsi bağışlanmazdır, onlar mütləq layiq olduqları cəzanı almalıdırlar. Hansı formada olmasından asılı olmayaraq Azərbaycan xalqı təxribatlara imkan verməyəcək və qətiyyətlə onun qarşısı alınacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB