Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ən Az İnkişaf Etmiş Ölkələrin xarici işlər nazirləri ilə Hindistanda bir araya gəlib.
SİA-nın xəbərinə görə, Davudoğlu Hindistandakı çıxışında bütün bəşəriyyətə müraciət edərək "Bütün insanlar qlobal zənginlik və rifahdan yararlanma haqqına sahibdir. Bu, bütün beynəlxalq birliyin məsuliyyətidir" deyib.
Qeyd edək ki, mayda İstanbulda Ən Az İnkişaf Etmiş Ölkələr sammiti keçiriləcək. Bu sammitlə Türkiyə gələcək 10 il ərzində beynəlxalq yardımların təşkilatçılığına məsuliyyət daşıyacaq.
Aclıqla mübarizə, infrastruktur işləri, iqtisadi inkişaf və siyasi sabitliyin təmin olunması kimi məsələlərdə Türkiyə BMT ilə birlikdə məsul ölkə olacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB