Niderlandda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı təqdimat olmuşdur
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov Niderland Hərbi İnstitutunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında geniş təqdimatla çıxış edib. SİA-nın xəbərinə görə, təqdimat Ermənistanın işğalçılıq siyasətindən bəhs edən audio-video materialların nümayişi ilə keçirilib.
Səfirlikdən SİA-ya bildiriblər ki, diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin Avropaya inteqrasiyası, Avratlantik strukturlarla əməkdaşlığı, terrorizmə qarşı beynəlxalq koalisiya çərçivəsindəki fəaliyyəti, Avropanın enerji təhlükəsizliyində mühüm rolu və Cənubi Qafqaz regionunda yaranmış vəziyyətə dair ətraflı məlumat verib.
ATƏT-in Azərbaycandakı sabiq səfiri Aleksandr Kornelissen qurumun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki fəaliyyətindən danışmış, Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyib.
Tədbirdə Gürcüstanın Niderlanddakı səfiri Şota Qvineriya Abxaziya və Cənubi Osetiya münaqişələrinə dair təqdimatla çıxış etmiş, bu bölgələrdəki vəziyyətlə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.
Sonra institutun müəllim və tələbələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB