Azərbaycan Prezidentinin sərəncamı ilə Gəncə, Sumqayıt, Yevlax, Daşkəsən və Salyan rayon icra hakimiyyətlərinin başçıları dəyişdirildi

Azərbaycan Prezidentinin sərəncamı ilə Gəncə, Sumqayıt, Yevlax, Daşkəsən və Salyan rayon icra hakimiyyətlərinin başçıları dəyişdirildi

SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Yevlax rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o Gəncə şəhər icra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin növbəti sərəncamı ilə Qoca Çərkəz oğlu Səmədov Yevlax şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib.

Ölkə rəhbəri İlham Əliyev Vaqif Qadir oğlu Əliyevi Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib və digər sərəncamla onu mədəniyyət və turizm nazirinin birinci müavini təyin edib.

Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsinə isə Gəncə şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Eldar Əziz oğlu Əzizov təyin edilib.

Tahir Abuzər oğlu Kərimov Prezidentin sərəncamı ilə Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Salyan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə