Ermənistan vaxtsız parlament seçkilərinə doğru

Ermənistan vaxtsız parlament seçkilərinə doğru

Amulsar problemi Paşinyanın axırına çıxır...

Ermənistanda son günlərdə vaxtsız parlament seçkiləri ərəfəsi davamlı xarakter almağa başalyan etiraz aksiyaları hakimiyyətlə cəmiyyət arasında ziddiyyətlərin sürətlə dərinləşməkdə olduğunu aydın şəkildə nümayiş etdirir. Xüsusən də, Amulsar qızıl mədəni ətrafında baş verənlər indi Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemlər mənbəyinə çevrilib. Belə görünür ki, əhali bu qızıl mədənində işlərin dayandırılmasını istəsə də, hökumət fərqli mövqedədir.

Cəmiyyətdə hesab olunur ki, hökumətin guya Livan şirkətinin ekspertləri tərəfindən bu qızıl yataqlarının ekoloji cəhətdən zərərsiz olması barədə bəyanatı tamamilə yalandır və ictimai rəyin manipulyasiya olunmasına yönəldilib. Onların sözlərinə görə, Ermənistanın İstintaq Komitəsi ekspert rəyindən yalnız özü üçün sərfəli olan maddələri açıqlayıb. Ekoloq Anna Şahnazaryan bildirib ki, ekspertizanın yekunlarına dair sənədlər düzgün tərtib olunmayıb və qızıl yataqlarının işlənməsinə icazə saxta məlumatlar əsasında verilib. O, müstəqil ekspertlər tərəfindən yeni tədqiqatlar aparılması tələbini irəli sürüb. Baş verənlərlə bağlı "1in.am" portalı yazır: "Əlbəttə, hökumət hansısa bir dönüşlə mədənin istismarı haqqındakı qərarını dəyişməzsə, Amulsar məsələsi Ermənistanda inqilabsonrası durumda, ən azı, bir prinsipial sınmaya - dönüşə səbəb olacaq. Mədənin istismarı haqqındakı qərarın reallaşdırılması, faktiki olaraq, yeni hakim qüvvəni və uzun illər ərzində keçmiş rejimə qarşı mübarizə aparmış, inqilab dövründə isə, öz dəstəyilə bu qüvvəni, praktiki olaraq, tamamlamış vətəndaş fəallarını və ya təbəqəsini bölür. Beləliklə, inqilab mərhələsinin "yekun protokolu", ən azı, siyasi və vətəndaş komponentlərinin ayrılması şəklində təsbit olunur. İnqilabdan sonra ən çox toxunulan və yayğınlaşan suallardan biri o idi ki, inqilabla hakimiyyətə siyasi-mülki "blok" gəlibsə, vətəndaş, qeyri-hökumət sektoru necə olacaq? Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan isə, vurğulayır ki, yaranmış vəziyyətdə Ermənistan hökumətinin qeyri-adekvatlığı erməni xalqına böyük qan bahasına başa gələ bilər: "Paşinyan qeyri-adekvat addımlar atmağa hazırdır. Hökumət binası qarşısında 10 min nəfər toplanıb, istefasını tələb edərsə, onun necə davranacağını biz bilmirik. Ermənistanda payızda başlayacaq proseslər nəticəsində, hakimiyyətin dəyişməsi qaçılmazdır. Ona görə də, cəmiyyət bu proseslərə hazırlanmalı və qan axıdılmasından qaçmalıdır".

Arutyunyan Paşinyana qarşı formalaşacaq yeni birliyə Ermənistanın eks-prezidenti Robert Koçaryanın rəhbərlik edəcəyini deyib. Digər erməni ekspert Vartan Zaloyan da vəziyyətin ağır olduğunu qeyd edir: "Paşinyan üçün bu, çətin seçimdir. O bilmir ki, onlarla ekoloqun rəyini, yoxsa Ermənistan əhalisinin böyük bir hissəsinin mövqeyini müdafiə etsin. Ekoloqlar azlıq təşkil etdiklərini dərk etməkdə çətinlik çəkirlər. Lakin ekoloqların Amulsar mədəninin istismarı ilə bağlı rəylərinin yalan olduğu həqiqətdir. Keçən əsrin 90-cı illərində Ermənistan inqilab hərəkatı həm ekologiya, həm də Qarabağ variantını seçməkdə idi. Cəmiyyət dözülməz təzyiq altına düşür".

Ermənistan vətəndaş qarşıdurması ərəfəsindədir

Ölkədə yaranmış vəziyytin ən əsas digər səbəbi isə, Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli məsələsində cavabdeh olmaqdan qorxmasıdır. Əslinə qalanda, o, qorxur və düz edir, çünki heç bir ağıllı insan müharibə istəmir. Bütün qorxulara rəğmən, o, bizim də toqquşduğumuz Ermənistanın daxili və xarici siyasətinin ekvivalent çağırışları ilə bağlı heç bir addım atmır.

Politoloq Armen Arutunyan sözügedən məsələ ilə bağlı bildirib ki, Paşinyanın naşı, dəyərsiz siyasəti üzündən, nə qədər ki, Qarabağ məsələsi öz həllini tapmayıb, ölkə sakit durumda olmayacaq.

Beləliklə, A.Arutunyanın fikrincə, ümumiyyətlə, artıq Paşinyan açıq-aşkar erməni xalqının düşməni olaraq qalmaqdadır və xüsusilə, Ermənistan-Qarabağ erməniləri arasındakı əsas təxribatçı güc kimi təqdim olunmaqdadır. Bu amil isə, əlbəttə ki, istər işğalçı ölkəni, istərsə də separatçı "DQR" rejimini daha sürətlə məhvə doğru sürükləyəcək.

Göründüyü kimi, Ermənistan baş naziri N.Paşinyan hansı formada səvviyyəsi, bəyanatlar səsələndirsə də, yenə də Qarabağ klanı ilə mübarizədə uduzduğunu göstərir. Çünki Ermənistandakı "məxməri inqilabdan" bir ildən artıq zaman keçsə də, Nikol Paşinyan hakimiyyəti, nəinki verdiyi siyasi-iqtisadi vədlərini yerinə yetirə bilmir, o cümlədən, Qarabağ klanı ilə bağlı mübarizənin hansı yolla həll edilməsi çıxışını tapa bilmir. Bu reallıq özünü Ermənistanın ikinci, "DQR"in isə birinci "prezidenti" olmuş Robert Koçaryanın azadlığa buraxılması faktında göstərdi. Özü də, Qarabağ ermənilərinin iki "prezidentinin" - hazırkı Bako Saakyanla sabiq Arkadi Qukasyanın Yerevan məhkəməsinə gedərək, Koçaryana zamin dayanmaqla...

Bu prosesdən sonra N.Paşinyanın Robert Koçaryanın azadlığa buraxılmasının ardınca, məhkəmə sistemində təmizləmə əməliyyatlarına başlaması qərarı isə, bir daha göstərdi ki, əvvəlki hakimiyyət rəhbərləri dövründə olduğu kimi, bu gün Paşinyan, bu bir ildən çox rəhbərliyi dövründə, ölkədə nə qədər kəskin xaosun və özbaşınalıqların yaşandığını sübut edir. Lakin necə deyərlər, Paşinyan hələ də yerini isti bilir və reytinqinə güvənir. Ancaq bu, onun üçün də, komandası üçün də aldadıcı ola bilər. Misal üçün, Paşinyan, onu da dərk etmir ki, artıq hökumətinin daxilində qütbləşmələr gedir və həmin qütbləşmələr onun iqtidarının parçalanmasına səbəb olmaqdadır. Əgər o, ucdantutma Ermənistanın bütün məhkəmələrinə "əl gəzdirəcəksə", bu zaman onun düşmənləri sırasına böyük bir hakim ordusu da qatıla bilər. Bu oyun isə, Qarabağ klanının əlinə oynaya biləcək bir haldır. Artıq Nikolun uduzmaq mərhələsinə keçid aldığını tam əminliklə demək mümkündür.

Nikol Paşinyan qaş düzəltdiyi yerdə, göz çıxarır

Nikol Paşinyanın savadzız xarici siyasətinin real subutudur ki, Ermənistanın baş nazirinin bu günlərdə mətbuatda çıxış edərək, "Qarabağ danışıqlarını Rusiyanın öhdəliyinə buraxıram" deməklə, özünü sığortalamaq istəsə də, bu, onu istər ölkə ictimaiyyətinin, istəsə də beynəlxalq aləmin bir prezident kimi qəbul edilmədiyi faktorudur. Başqa təfəkkürdə gözləmək olmaz. Çünki Ermənistanın baş naziri küçə təfəkkürü ilə çıxış edir. Elə bu təfəkkürlü Paşinyan bildirib ki, Ermənistan Qarabağdan birdəfəlik imtina etdi.

Yenə ikibaşlı oyun. Bir yandan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirən Nikol Paşinyan, digər tərəfdən, Ermənistanın işğal etdiyi ərazilərdən çıxmayacağını bəyan edir.

Bu yerdə, onu da qeyd etməliyik ki, Qarabağ nizamlanmasının ilk şərti Ermənistanın işğal etdiyi 5 rayondan - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxmasıdır. Bu, Ermənistana həm ATƏT-in Minsk Qrupunun qərbli həmsədrləri tərəfindən, həm də forpostu olduğu Rusiya tərəfindən tövsiyə edilir, yəni həm Madrid prinsipləri, həm də Lavrov planı bunu tələb edir. Paşinyan bununla bağlı danışıqlardan imtina etməklə, həm də Qarabağ probleminin həllindən imtina edir.

Belə görünür ki, keçmiş şefi Levon Ter-Petrosyanla keçirdiyi görüş belə Nikol Paşinyana təsir etməyib. O, Levon Ter-Petrosyanın dediklərində yeni bir şey olmadlığını iddia edib. Əslində, Levon Ter-Petrosyan və Serj Sarkisyan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasını regionda sülh üçün vacib sayıb və Nikol Paşiyan onları bu mövqelərinə görə tənqid edib. Belə çıxır ki, o, fikrini dəyişməyib.

Daha dəqiq desək, görünür, Paşinyan yenə öz sərsəm oyunundan əl çəkmək istəmir, deməli, hələ ki, heç bir sənədə qol çəkməyəcək.

Ancaq atalar demişkən, sən saydığını say, gör Rusiya nə sayacaq.

Rusiya da Ermənistanı Qarabağda ən incə yerindən vuracaq

Bəli, başqa yol da yoxdur. Çünki Paşinyan hələ də anlamır ki, Rusiya da onun bu günə kimi ikiüzlü "siyasətinin" dəfələrlə şahidi olub. Çünki bunun mümkün olmadığını hamı bilir. Geosiyasi məqam ondan ibarətdir ki, Vladislav Şurıqin, faktiki olaraq, bəyan edir ki, Dağlıq Qarabağ Rusiyanın ciddi yardımı ilə zəbt edilib və əgər Moskva geri çəkilsə, həmin ərazini Azərbaycan sürətlə azad edə bilər. Bu da, ermənilərin hərbi gücü ilə bağlı mifə zərbə olmaqla yanaşı, onu da ifadə edir ki, Moskva mövqeyini dəyişə bilər. Dolayısı ilə Ermənistan son dərəcə çətin vəziyyətə düşmüş olur. O, nə Rusiyaya qarşı çıxa, nə də geosiyasi cəhətdən səmtə Qərbə yaxınlaşa bilər. Moskva buna qətiyyən imkan verməz. Kreml istənilən zaman ermənilərin ipini istədiyi çəkmək iqtidarındadır.

Onda bəs Ermənistanın bu cür addımlarının nə kimi geosiyasi nəticələri ola bilər? Rəsmi Yerevan regionda vəziyyəti mürəkkəbləşdirir, qeyri-müəyyənliyi artırır. Səbəbi də odur ki, özünün illərdir, işlətdiyi cinayətlərini ört-basdır etsin. Daha doğrusu, məqsəd real mənzərəni təhrif edərək, diqqəti əsas təhlükə ocağından yayındırmaqdır. Guya Ermənistan həmişə təcavüz qurbanı olub. Əvvəlcə Azərbaycan və Türkiyə ona "hücum edib", ancaq "güclü Ermənistan ordusu" qalib gəlib. Sonra isə, Rusiya xüsusi xidmət orqanları "erməni demokratiyasına" zərbə vurub. Lakin Qərbin bir sıra təşkilatları təcavüzkar, antidemokratik, vassal, forpost Ermənistanın obrazını yaxşı bilir.

Göründüyü kimi, açıq-aydın görünür ki, Paşinyan qorxduğunu etiraf edir: "Azərbaycan müharibəyə hazırlaşır, biz savaş istəmirik".

Paşinyan, onu da yaxşı bilir ki, Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, inkişaf edən səmərəli iqtisadiyyata və vətəndaş birliyinə malikdir. Və dövlət başçısı İham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir: "Bu baxımdan, Paşinyan Azərbaycanın işğal edilmiş torpaqalarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks halda, Ermənistan iki il bundan əvvəlkindən də ağır məğlubiyyətə düçar olacaq".

Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Bu, faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi və siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq. Bunu dərk etmək çətin olmasa da, N.Paşinyan anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində oyuncaqdır. Qondarma gedişlər etməklə, bu ölkə itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.

Əslində, bu siyasət öz nəticəsini verib, belə ki, düşmən ölkədə kriminal rejim çöküb və Paşinyan bilməlidir ki, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq.

Ümumiyyətlə, real vəziyyət onu süybut edir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. İşğalçı Ermənistanın yeni rəhbərliyi Paşinyan da, sələfləri kimi, səbəbi qoyub, nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... Bu isə, bir daha o deməkdir ki, Ermənistanın sosial bəlalardan xilas yolu rəsmi Bakıdan keçir. Daha dəqiq desək, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə