Vətəndaş cəmiyyəti institutları ilə ictimai əlaqələri necə gücləndirməli?
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Avropa Komissiyasının maliyyə dəstəyi, Kiprin Menecment Mərkəzinin təşkilatçılığı ilə Bakıda vətəndaş cəmiyyəti təşkilatlarının liderləri üçün "Kommunikasiya və İctimaiyyətlə Əlaqə" mövzusunda iki günlük seminar təşkil edib. Seminar Menecment Mərkəzinin beynəlxalq eksperti tərəfindən aparılır. Təlimdə vətəndaş cəmiyyətləri təşkilatlarının 30 nəfərə yaxın nümayəndəsi iştirak edir.
Nəzərə çatdıraq ki, təlimin məqsədi vətəndaş cəmiyyəti institutlarında ictimai əlaqələrin qurulması, eləcə də müxtəlif maraqlı tərəflərlə, dövlət qurumları, bələdiyyələr və digər qeyri-hökümət təşkilatları ilə əlaqələrin yaradılması mexanizmləri barədə məlumat verməkdir.
Təlimdə müxtəlif ölkələrin, o cümlədən qonşu ölkələrin təcrübələri təhlil edilib. Azərbaycanda bu sahədəki real vəziyyət qiymətləndirilib. Bildirilib ki, son zamanlar vətəndaş cəmiyyəti institutlarında ictimai əlaqələr işi inkişaf etsə də bu sahədə təkmilləşmələrin aparılmasına ehtiyac var. Hələ də az sayda vətəndaş cəmiyyəti institutları ictimai əlaqələr üzrə menecerə malikdirlər.
Təlimin proqramına həmçinin dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulması, lobbiçilik fəaliyyətinin həyata keçirilməsi, vətəndaş cəmiyyəti institutlarının təkliflərinin höküməti tərəfindən qəbulu mexanizmləri daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB