“Xalq müxalifətin xəyanətkar mövqeyə malik olduğunu bilir” RƏY-ÖZƏL

“Xalq müxalifətin xəyanətkar mövqeyə malik olduğunu bilir” RƏY-ÖZƏL

"Əli Kərimli bir dəfə yox, dəfələrlə etiraf edib ki, bizim keçirdiyimiz mitinqlərə heç kəs gəlmir". Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, burda sual meydana gəlir ki, yaxşı sizin keçirdiyiniz mitinqlərə niyə heç kəs gəlmir? Əgər xalq sizi dəstəkləyirdisə onda sizin keçirdiyiniz mitinqlərə də gələrdi: "Deməli xalq sizi dəstəkləmir ki, bu mitinqlərə də gəlmir. Dağıdıcı müxalif ünsürlər çox yaxşı bilirlər ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Çünki xalq müxalifətin satqın və xəyanətkar mövqeyə malik olduğunu bilir. Nəticəsi olmayan mitinqlərə görə, Ə.Kərimli cəmiyyət tərəfindən qəbul edilmədiyin və rədd edildiyini niyə başa düşmür? Ondan əxlaqi dəyərlər olsa idi, siyasətdən gedərdi. Getmirsə, deməli o müstəqil deyil və idarə olunandır. Bir sözlə, onlar özlərini xaricidə olan qüvvələrə reklam etməkdən ötrü heç bir mənası olmayan mitinqlər keçirmək istəyinə düşürlər. Yaxşı olardı ki, onlar bu cür anormal hərəkətlərindən əl çəksinlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə