Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, iclası Şuranın sədr müavini Tahir Süleymanov açaraq gündəliyi təqdim edib.
Gündəliyə uyğun olaraq, Şuranın sərbəst maliyyə vəsaitindən istifadə, "Auditor xidməti haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı Şuranın gördüyü işlər, QHT fəaliyyətinə aid yeni qanun layihələrinin hazırlanması məqsədilə İşçi qrupun yaradılması haqqında məsələlər müzakirə edilib.
Sərbəst vəsaitdən istifadə ilə bağlı müvafiq qərar qəbul edilib. "Auditor xidməti haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən QHT-lərin məcburi auditə yox, könüllü auditə cəlb olunması istiqamətində Şuranın gördüyü işlər təqdir edilib.
Sosial Sifariş haqqında, Peşə Cəmiyyətləri haqqında, Korporativ Sosial Məsuliyyət haqqında, İctimai İştirakçılıq haqqında Qanun layihələrinin hazırlanması, eləcə də Reklam haqqında qanuna dəyişikliklərin hazırlanması üçün işçi qrupun yaradılması qərara alınıb.
Qeyd edilib ki, əksər ölkələrdə mövcud olan bu qanunların Azərbaycanda olmaması ölkədə QHT fəaliyyətinin inkişafını ləngidir, QHT-lərin dövlət strukturları və özəl sektorla əlaqələrinin möhkəmlənməsinə mane olur.
Müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB