Lənkəranda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən "Şəffaflıgın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya" nın həyata keçirilməsi ilə baglı regional tədbir keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, seminarda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının yerli icra strukturlarının, bələdiyyələrin, torpaq və xəritəçəkmə şöbələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunmasında hüquqpozmaların qarşısının alınması ,bələdiyyələrə qərar vermək hüququn verilməsi, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya yol verilməsinin qarşısının alınması haqqında məsələlərə toxunub.
Nazirlik rəsmisi çıxışında qeyd edib ki, bəzi qanunvericilik aktlarının boşluğundan istifadə edən bir sıra dövlət qurumları bələdiyyələrin ünvanladıqları müraciətləri yubandırırlar. Bu sıradan şikayətlərin daha çox torpaq və xəritəçəkmə şöbələri ilə reyster xidmətlərınə aid olduğunu diqqətə çatdırıb. Həmçinin, bələdiyyənin büdcəsində olan maliyyə vəsaitinin düzgün xərclənməməsi və qanunsuz xərclənməsi və digər faktların mövcudluğu narahatlıq doğurur.
M.Səlimzadə bildirib ki, bələdiyyələrin fəaliyyətində yol verilən ciddi hüquq pozuntularının sayı əvvəlki illərlə müqayisədə azalmayıb: "2009-cu ildə belə pozuntuların sayı nə qədər idisə, 2010-cu il də də təxminən o qədərdir".
Mehdi Səlimzadə fəaliyyətində ciddi nöqsanlara yol verən bələdiyyələrlə yanaşı, nümunəvi fəaliyyət göstərən bələdiyyələrin də olduğunu diqqətə çatdırıb.
Tədbirdən sonra Nazirliyin nümayəndəsi Lənkəran şəhər bələdiyyəsinin sədri Eldar Hüseyinov və bələdiyyə üzvlərinin iştirakı ilə görüş olub və vətəndaşların qəbulu keçirilib.
Görüşdə bələdiyyə büdcəsindən vətəndaşların problemlərinin həlli yolunda vəsaitlərin ayrılması üçün tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB