Qarabağ Fondu 2011/2012-ci illər üzrə ABŞ-da Qarabağ həsr olunmuş yeni təqvim çap edib. SİA-nın xəbərinə görə, Qarabağ: "Keçmişə və Gələcəyə Baxış" adlanan bu təqvim Azərbaycanın Qarabağ regionunun keçmişini və özünəməxsus ruhunu ifadə edir.
Qarabağın gözəl şəkillərini əks etdirən təqvim Azərbaycan xalqının sevimli musiqi, rəqs, mətbəx və adət-ənənələri haqqında dünyanı məlumatlandırır. Fond tərəfindən seçilmiş mövzular Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu göstərir.
Azərbaycanın bu önəmli və tarixi yerini işıqlandırmaq üçün fonda dəstək verin! Bu link ilə Qarabağ fondunun internet mağazasına (www.karabakhfoundation.org/pages/shop/) daxil olub təqvim və digər satışda olan əşyaları əldə edə bilərsiniz. Təqvim ABŞ-da çatdırılma ilə birgə 13 dollara satılır. Təqvim almaq ilə siz Qarabağ Fondunu Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq və təbliğ etməkdə fəaliyyətində dəstəkləyirsiniz. Təqvimi almaq üçün əlaqə saxlaya bilərsiniz: [email protected] Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir.
Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə