Liviyada fevralın 16-17-də keçirilən etiraz aksiyasının dağıdılması zamanı ən azı 24 nəfər öldürülüb. Bunu Human Rights Watch hüquq müdafiəsi təşkilatı yerli mənbələrə istinadən yayıb.
SİA-nın verdiyi məlumata görə, fevralın 17-də keçirilən aksiya "Qəzəb günü" adlandırılıb və ölkənin 5 ən iri şəhərində - Benqazi, Bevida, Zentan, Ricban və Darnada keçirilib. Ümumxalq nümayişlərinin keçirilməsinin davamlı olması üçün etirazçılar sosial şəbəkələrdə bir-birləri ilə geniş əlaqələrə başlayıblar.
Dünən hökumət qüvvələri Liviya lideri Muəmmar Qəddafiyə qarşı nümayişlərin paytaxt Tripolidə keçirilməsinə imkan verməyib. Bu gün səhər paytaxta hərbi texnika yeridilib.
Xatırladaq ki, Liviya lideri Muəmmar Qəddafi 40 ildən artıqdır ki, hakimiyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB