Hazırda Cənubi Qafqaz konfederasiyasının yaradılması ilə bağlı danışıqlar yox, diskussiyalar aparılır. SİA-nın verdiyi məlumata görə, bunu Alman Cəmiyyətinin Rusiya və MDB üzrə araşdırıcı proqramın direktoru, ekspert Aleksandr Rar bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda reinteqrasiya prosesləri indi olmasa da, nə vaxtsa mütləq başlanmalıdır. "Sadəcə,hər üç ölkənin mentaliteti və aralarındakı siyasi fərqlilik konfederasiyanın mövcud olmasını əngəlləyir. Halbuki bütün dünya ölkələri bir-biri ilə yaxınlaşmaq üçün yollar axtarır. İndi olmasa da gələcək nəsillər özlərinin "Avropa İttifaqı"nı yaradacaqlar", - deyə politoloq vurğulayıb. Əlavə edib ki, proses əvvəlcə iqtisadi yaxınlaşma ilə başlanacaq, sonra isə digər sahələri əhatə edəcək.
Aleksandr Rar qeyd edib ki, ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ probleminin həllindən sonra belə bir konfederasiyanın qurulması nəzərdə tutulmuşdu. "Həmçinin Saakaşvili başa düşür ki, belə bir birliyin yaranması Cənubi Osetiya və Abxaziya məsələsini də birdəfəlik həll edə bilər. Bəli o, konfederasiya tərkibində İran və Rusiyanı yox, Cənubi Osetiya və Abxaziyanı görmək istəyir.
Rar hesab edib ki, Avropada da belə bir proses əsrlərlə davam edib. Dövlətlər bir-biri ilə düşmənçilik ediblər. Amma son 60 ildə aparılan təbliğat bəhrəsini verib. Onlar vahid dövlət tərkibində birləşə biliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB