Əlahiddə Ümumqoşun Orduda yarış qalibləri mükafatlandırılıb

Əlahiddə Ümumqoşun Orduda yarış qalibləri mükafatlandırılıb
Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı istehkamçı" və "Ən yaxşı istehkamçı-kəşfiyyatçı" adı uğrunda yarış keçirilib. SİA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxış keçirildikdən sonra hərbi qulluqçulara təhlükəsizlik qaydaları, yarışın məqsəd və mahiyyəti çatdırılıb. Yarışda mühəndis-istehkam ixtisaslı əsgərlər piyada əleyhinə fuqas tipli və piyada əleyhinə idarəolunan tək minanın qurulması, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər. Sonra yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb. Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə