Elxan Şahinoğlu: “Ermənistan status-kvonu müxtəlif yollarla uzatmağa çalışır” RƏY-ÖZƏL
“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar onsuzda heç bir nəticə vermir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, yəni münaqişə ilə bağlı danışıqlara və görüşlər baş tutsa da çox təəssüflər olsun ki, bu ümumi prosesə müsbət təsir etmir: “Ermənistan tərəfi özü də münaqişənin həlli ilə bağlı status-kvonu müxtəlif yollarla uzatmağa çalışır. Əksinə bu danışıqlar onlara xeyir və fayda verir ki, danışıqlar və yaxud müzakirə imitasiyası yaradırlar ki, bu da bizim maraqlara ziddir. Bizim əsas marağımız ondan ibarətdir ki, proses yerindən tərpənsin, Dağlıq Qarabağ ətrafında ki, torpaqlar boşaldılsın. Amma bu baş vermir və bizdə məcburuq öz tədbirlərimizi görək. 2016-cı ildə ki, aprel savaşı və ötən il Naxçıvanda uğurlu əməliyyat və bu il də Qazax istiqamətində əraziləri biz ələ keçirdik. Düşünürəm ki, biz bu siyasətimizi davam etdirməliyik. Çünki başqa bizim alternativimiz yoxdur. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar başlasa belə heç bir nəticə verməyəcək”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB