"Əli Kərimli artım və böyümə görüntüsü yaratmağa çalışsa da, AXCP-nin sıraları boşalır" MÖVQE-ÖZƏL

"Əli Kərimli artım və böyümə görüntüsü yaratmağa çalışsa da, AXCP-nin sıraları boşalır" MÖVQE-ÖZƏL

“Öz yazdıqlarına və dediklərinə, getdiyi yolun birmənalı sonluğuna tərəddüdsüz inanan AXCP sədri Əli Kərimli əslində tam fərqli ampluada olmalı olduğu halda, aqressivləşir, soyuq və real mühakiməni itirir, olanlarla arzu edilənlər arasındakı fərqi, tərəfdarlarının taleyi üçün məsuliyyət hissini itirir”. Bu fikirləri SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Partiya sədrinin narahatlığının səbəblərini açıqlayan baş redaktor söyləyib ki, Əli Kərimli 1993-cü ildən bu günə qədərki 26 illik dövrdə siyasət meydanında nələr itirdiyini düşündükcə havalanır, üstəlik uğur sayılacaq nəyinsə olmaması onun təlaşını daha da artırır.

A.Quliyev söyləyib ki, Prezident İlham Əliyev 2003-cü ildə AXCP sədri Əli Kərimlinin bu çoxillik xəyallarını tar-mar edib: "Fikir verirsinizsə, bəyin radikallaşması məhz bu tarixdən başlayır. Dördüncü, İlham Əliyevin hakimiyyətinin cəmi bir neçə il davam edəcəyinə bəslədiyi ümidlər də alt-üst oldu. Bu illər ərzində digər müxalifət rəhbərlərini seçkidən seçkiyə qabağa verərək sonda hamını sıradan çıxarmaq, ortada tək şanslı lider kimi qalmaq planı daha rüsvayçı formada pozuldu. Nə qədər artım və böyümə görüntüsü yaratmağa çalışsa da, AXCP-nin sıraları get-gedə boşalır, samballı ziyalılar ordusu ona ümumiyyətlə yaxın getmir, perspektivin olmaması qəti həqiqət kimi özünü təsdiqləyir, bu durumda Əli bəy heç olmasa olan-qalan tərəfdarlarını yanında saxlamaq üçün miskin çabalara baş vurmaq halına gəlir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə