Şəmkirdə elektrik sayğacları yenilənir

Şəmkirdə elektrik sayğacları yenilənir

Şəmkir rayonunda elektrik sayğaclarının yeniləri ilə əvəzlənməsi işi sürətləndirilib. Bu barədə SİA-nın bölgə müxbirinə Şəmkir rayon Elektrik Şəbəkəsindən məlumat verilib. Məlumata görə, rayon ərazisində 281 ədəd smart-kart tipli yeni sayğac quraşdırılıb, 583 ədəd sayğac isə yenisi ilə əvəz edilib.

Son bir ildə rayon üzrə əhali tərəfindən 73.2 mln kilovat saat elektrik enerjisi istehlak olunub və dəyərinin 86.9 faizi ödənlilib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün 46.7 km uzunluğunda elektrik xəttində, 75 ədəd transformatorda əsaslı təmir işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə