“Gəncədə diş texnikləri stamotoloq kimi fəaliyyət göstərir”

“Gəncədə diş texnikləri stamotoloq kimi fəaliyyət göstərir”

"Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə bir sıra diş texniklərinin stamotoloq kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar daxil olur". Bunu SİA-ya açıqlamasında Mərkəzin şöbə müdiri Zemfira Ağayeva deyib.

Bu kimi hallara təsir mexanizminin zəif olduğunu deyən qurum rəsmisi bildirib ki, statistik məlumatlara görə Gəncədə bu gün rəsmi fəaliyyətinə icazə verilən 20-dək stamotoloq var. Təxminən həmin sayda qanunsuz işləyən ara həkimləri mövcuddur.

"Bütün bu faktlar da QİÇS, Hepatit B kimi yolxucu qan xəstəliklərinə geniş imkan yaradır. Çünki gözdən uzaq yerlərdə stamotoloji alətlər lazımi qaydada sterilizə olunmur. Son bir ildə Gəncə şəhərində 1 stamotoloji kabinetin fəaliyyətinə xitam verilib. Digər stamotoloqlara isə ciddi xəbərdarlıq olunub", Z.Ağayeva deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə