Azerfon-Vodafone rouminq əhatəsini genişləndirir

Azerfon-Vodafone rouminq əhatəsini genişləndirir

Azərbaycanın ən gənc və qabaqcıl mobil operatoru Azerfon-Vodafone 2010-cu ildə rouminq sazişlərinin sayının artmasını bildirib. SİA-nın xəbərinə görə, 2010-cu ildə Azerfon-Vodafone rouminq əhatə dairəsini 220 operatora qədər genişləndirib və Japan Softbank, USA AT&T, Canada Rogers kimi operatorlar ilə yeni rouminq sazişləri imzalanıb. İndi Azerfon-Vodafone müştəriləri sərfəli və rahat rouminq təkliflərindən istifadə edərək dünyanın 120-dən çox ölkəsinə səyahət edə bilərlər.

"Azerfon-Vodafone fəaliyyətinin ilk günlərindən Azərbaycanda ən ucuz, rahat və şəffaf rouminq qiymətlərini təqdim edir. Azərbaycan mobil bazarında ilk dəfə Azerfon-Vodafone 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rouminq tarifləri tətbiq edir və bu qiymətlər hər zaman www.azerfon-vodafone.com internet səhifəmizdə əks olunur. Bizim Vodafone-la strateji tərəfdaşlığımız bizə müştərilərimizə ən sərfəli və rahat rouminq tariflərli təqdim etmək imkanı yaradır və biz fəxr edirik ki, Azərbaycanda abunəçilərimizə ən yaxşı rominq xidmətləri göstəririk" – Baş İcraçı Yurgen Pitz bildirib.

O, həmçinin qeyd edib ki, Azerfon-Vodafonun rominq tarifləri xüsusən də azərbaycanlıların daha çox sayda olduqları ölkələr üçün sərfəlidir. Bu ölkələrə Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Fransa, Böyük Britaniya, Avstriya, İtaliya və Hollandiya kimi ölkələr daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə