Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Böyük sərkərdə Əmir Teymur vəfat edib (1405)
- Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb (1451)
- İngilis kraliçası Mariya Tüdor anadan olub (1516)
- Alman teoloq Martin Lüter vəfat edib (1546)
- İtalyan memar Mikelancelo vəfat edib (1564)
- İtalyan fizik Alessandro Volta anadan olub (1745)
- Rus imperatoru II Aleksandr taxta çıxıb (1855)
- Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olub (1895)
- Reymon Puankare Fransa prezidenti seçilib (1913)
- Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb (1921)
- Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb (1922)
- Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib (1926)
- Rus şair Vladimir Mayakovski Bakıya gəlib (1926)
- Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi–Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilib (1929)
- Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunublar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi (1952)
- Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib (1965)
- ABŞ atom bombasının "atası" Robert Oppenheymer vəfat edib (1967)
- Böyük Səhraya qar yağması bütün dünyada maraq oyadıb (1979)
- Boris Yeltsin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd vəzifəsindən azad olunub, Rusiya demokratlarının liderinə çevrilən Yeltsinin Qorbaçovla hakimiyyət uğrunda mübarizəsi başlanıb (1988)
- Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub (1990)
- Türkmənistan prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) küçələrə onun adının verilməməsi barədə göstəriş verib (1993)
- İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub (2004)
- Türkiyə Kosovonun müstəqilliyini tanıyıb (2008)
- "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirləri təntənəli mərasimlə açılıb (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə