Norveçdə 'Xocalı: faciədən öyrəndiklərimiz' adli seminar və foto sərgi keçiriləcək

Norveçdə 'Xocalı: faciədən öyrəndiklərimiz' adli seminar və foto sərgi keçiriləcək

24 fevral 2011-ci il tarixində Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə Xocalı soyqırımının 19-cu ildönümü münasibəti ilə Norveçin Holokost mərkəzində "Xocalı: Faciədən öyrəndiklərimiz" (Khojali: Lesson from Tragedy) adlı seminar keçiriləcək, eyni zamanda Heydər Əliyev Fondunun sözügedən faciə ilə bağlı hazırladığı foto sərgi nümayiş etdiriləcəkdir.

SİA-nın xəbərəinə görə, seminarda Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov fəxri qonaq kimi iştirak edərək Xocalı soyqrımı və onun törətdiyi fəsadlar haqqında danışacaqdır. Seminar – sərgi layihəsində NAYO-nun üzvləri, Norveç hökumətinin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, Norveçdə təhsil alan yerli və xarici tələbələr, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak edəcəklər.

Bu seminarla bağlı NAYO-nun idarə heyətinin növbədənkənar toplantısı keçirilib. Toplantıda çıxış edən NAYO-nun sədri Ramil Əliyev ilk dəfə olaraq Norveçin məşhur Holokost mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir keçirdiklərini bildirib.

Toplantıda qeyd olunub ki, bu il Cenevrə Konvensiyanın 60 illiyinin qeyd olunduğunu nəzərə alaraq, seminarda Xocalı soyqırımına qlobal prizmadan da baxış olacaqdır. Erməni əsirliyində hələ də Azərbaycan vətəndaşlarının qaldığı qeyd olunan beynəlxalq Konvensiya ilə yanaşı, Avropa İnsan Haqları Konvensiyası və İşgəncələr Əleyhinə Konvensiyanın da ermənilər tərəfindən bu gün də kobud şəkildə pozulduğu tədbir iştirakçılarına çatdırılacaqdır.

Seminarın gedişatı zamanı iştirakçılara və KİV nümayəndələrinə Xocalı soyqırımı ilə bağlı məlumatların, fotoların yer aldığı xarici dillərdə kitab və bukletlərin paylanması və videoçarxın nümayiş etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə