QHT-yə Dövlət Dəstəyi Şurası "QHT Məsuliyyət Xartiyasını" müzakirə edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun hazırladığı "QHT Məsuliyyət Xartiyası" müzakirə edilib. SİA-nın məlumatına görə, müzakirələrdə şura sədri Azay Quliyev, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov və QHT nümayəndələri iştirak edib.
Tədbiri açan A.Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının belə bir xartiyanın hazırlanması təklifi ilə ilk dəfədir ki, çıxış etdiyini deyib. O, qeyd edib ki, müzakirəni keçirməkdə məqsəd Xartiyanın hər bir QHT üçün açıq olmasını təmin etməkdir: "İstəyirik ki, xartiyanın müddəaları hər bir QHT üçün qəbul olunası şəkildə olsun. Xartiya ilk növbədə QHT-lərin fəaliyyətinin Azərbaycan qanunlarına, ölkənin milli maraqlarına uyğun şəkildə qurulmasına, şəffaflığın təmin edilməsinə xidmət edəcək. Xartiyada QHT fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, ictimai effektivliyi, hesabat şəffaflığı və sair başlıca məsələ və prinsipləri öz əksini tapıb. Bu xartiya QHT-lər tərəfindən qəbul edilərsə, həm də bu sektorun özünü tənzimləməsinə xidmət edəcəkdir".
Şura sədri bildirib ki, xartiyaya qoşulmaq QHT-lərin özləri üçün də bir üstünlük olacaq. A.Quliyev qeyd edib ki, 10 gün ərzində Xartiya ilə bağlı təkliflər qəbul olunacaq və bu təkliflər əsasında ümumiləşdirilmiş Xartiya qəbul olunacaq. O, Xartiyanın yekun formasının QHT-lərə Dövlət Dəstəyi Şurasının saytında yerləşdiriləcəyini dilə gətirib. A.Quliyev vurğulayıb ki, Xartiya ilə yaxından tanış olanlar bundan sonra elektron formada qoşula bilərlər: "Bundan sonra isə Xartiyaya qoşulanların adları cəmiyyətə açıqlanacaq və cəmiyyət biləcək ki, hansı QHT-lər Xartiyanı dəstəkləyir. Hesab edirəm ki, önəmli bir sənəddir və QHT-lər tərəfindən dəstəklənəcəyinə ümidvaram".
Xartiyanın Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən 2010-cu ildə hazırlandığını deyən S.Bağırov sənədin detalları barəsində məlumat verib. O, bildirib ki, qanunla tənzimlənməyən etik normalara əməl etmək baxımından Xartiya mühüm əhəmiyyət kəsb edir. S.Bağırov qeyd edib ki, dövlətdən şəffaflıq tələb edən QHT-lərin özləri də buna əməl etməlidir.
Xartiya ilə bağlı müzakirələr QHT təmsilçilərin çıxışları ilə davam etdirilib. Çıxışlarda Xartiyaya bir sıra əlavə və dəyişikliklər təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB