Kamandar Eyvazov: “Havaların soyuması əhalinin qazla təminatında heç bir problem yaratmayıb” - AÇIQLAMA
Havaların soyuması əhalinin qazla təmin olunmasında heç bir problem yaratmayıb. Bu barədə SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamandar Eyvazov məlumat verib. O bildirib ki, "Qaynar xətt" xidmətinə heç bir müraciət daxil olmayıb desək bu qeyri-səmimi olardı.
Onun sözlərinə görə, gündəlik olaraq "Qaynar xətt"ə müraciətlər daxil olur və bu günlərdə də olub: "Amma bunları sırf soyuqla bağlamaq olmaz. İnsanların fərdi qaydada problemləri var. Amma hansısa ərazidə soyuqlarla əlaqədar qazın olmaması problemi yoxdur".
K.Eyvazov vurğulayıb ki, müraciətlər əsasən şəhərdən daxil olur. Vətəndaşların böyük əksəriyyətinin qazın təzyiqindən şikayət etdiyini deyən qurum rəsmisi qeyd edib ki, əhali bunları havaların soyuması ilə bağlayırlar: "Amma araşdırma apardıqdan sonra məlum olur ki, onların fərdi problemləri var. Yəni, vətəndaşların qaz xəttində texniki problem olur və ya cihazı texniki baxışdan keçmədiyindən hansısa probemlər yaşanır. Problem olan rayonlara bu barədə məlumat verilir və tez bir zamanda aradan qaldırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB