ABŞ prezidenti Barak Obama Yaxın Şərq üzrə yeni plan hazırlayıb

ABŞ prezidenti Barak Obama Yaxın Şərq üzrə yeni plan hazırlayıb

Ərəb ölkələrində baş verən hadisələrlə əlaqədar ABŞ prezidenti Barak Obama xüsusi planı özündə ehtiva edən sənədlər toplusu hazırlayıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat "The New York Times" qəzetində nəşr olunub. Gizli mənbələrə istinadən verilən xəbərə əsasən prezidentin tapşırığı ilə birgə fəaliyyət göstərən ekspertlər yaxın zaman ərzində nümayişlər olan dövlətlərdə siyasi dəyişkənlik baş verməsə Misir, Bəhreyn və Yəməndə arzuolunmaz halların baş verə biləcəyini vurğulayıblar.

 

18 ölkə haqqında məlumatların hazırlandığı sənədlər toplusunda inqilabların gələcəkdə təsir edə biləcək müsbət və mənfi perspektivləri yer alıb. Obamanın Yaxın Şərq üzrə sənədlər toplusunun hazırlanmasına isə Dennis Ross rəhbərlik edib.

 

Rəsmi Vaşınqtonun Yaxın Şərq üzrə siyasi kursunu müəyyənləşdirən səndələr toplusu həmçinin ABŞ-a regionda yardım edən dövlətlər də paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə