Müxalifətdaxili intiriqalar yeni qopmalara rəvac verib

Müxalifətdaxili intiriqalar yeni qopmalara rəvac verib

Yaxın vaxtlarda AXCP və Müsavatdan növbəti kütləvi istefaların baş verəcəyi proqnozlaşdırılır

Cəmiyyət tərəfindən qətiyyətlə rədd edilən dağıdıcı müxalifət hədəflərini və istiqamətini dəyişdiyini sərgiləyir. Yəni müxalifət başbilənləri bu dəfə sosial şəbəkələr vasitəsilə diqqəti özlərinə yönəltməyə çalışırlar. Amma proseslər, onu diqtə edir ki, siyasi fəaliyyətə başlayandan bu günə qədər bir-biri ilə birincilik uğrunda "amansız müharibə" aparan bu məxluqlar yenə də dinc durmayacaqlar. Yenə də bir-birini gözdən salmaq üçün ənənəvi ittiham vasitələrindən istifadə edəcəklər. Daha doğrusu, artıq bunun ilkin nəticələri baş verməkdədir. AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrin ulduzuna çevrilməsini həzm edə bilməyən Müsavat başqanı Arif Hacılı, ACP-nin keçmiş lideri Rəsul Quliyev və digərləri müxtəlif metodlardan yararlanmaqla, kimsədən zəif olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Təbii ki, bu qovğa və qarşıdurmalar sonda ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Yəni təcrübə bunu deməyə əsas verir. Beləcə, "düşmənçilik" hissləri sıravi üzvlərə də keçir ki, nəticədə, partiyalardan kütləvi qopmalar və bir partiyadan digər partiyalara transferlər baş verir.

Düşmənçilik müxalifət funksionerləri arasında genişlənir

Daha bir maraqlı məqam ondan ibarətdir ki, tarixin arxivinə atına Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri peyda olaraq müyyən təşəbbüslrlə və ideyalarla çıxışlar edirlər. Burada maraqlı sual yarnır: ağıllarına deyil, ağızlarına gələni deməklə gündəmə gəlməyə ümid edən arxivliklərlə Ə.Kərimli, İ.Qəmbər, Arif Hacılı əməkdaşlıq edəcəklərimi? Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, sözügedən şəxslər öz yaramaz maraqlarının təmin olunması üçün şeytanla da əməkdaşlıq etməkdən çəkinməzlər: "Adını çəkdiyiniz insanlar şeytanla da əməkdaşlıq edər, nəinki arxivdəkilərlə. Məsələn, Eldar Namazov gəlib desə ki, filankəs pul təklif edir, 50-50-yə bölüb işimizə başlayaq, Kərimli iki əlini birdən qaldırıb razılıq verər. Bunlarda o qürur, o təpər hardadır ki, mənəvi məsələlərə diqqət yetirsinlər? Liderini satan adamlardan nə gözləyirsiniz? Təbii, bu əməkdaşlıq mümkündür. Sadəcə, məsələ burasındadır, bunların beşi birinə dəymir, biri beşinə. Yəni əməkdaşlıq eləsələr də eyni gündədrlər, eləməsələr də". Araşdırmalara və proseslərə əsasən, demək olar ki, hazırkı mərhələdə daha cox AXCP-Müsavat qarşıdurması diqqəti çəlb edir. Xüsusilə də, Müsavatın "Milli Şura" deyilən qondarma qurumdan çıxmasından sonra iki partiya arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur. ADP sədri Sərdar Cəlaloğlu iddia edir ki, müxalifətin ciddi iflasa uğramasının başlıca günahkarı AXCP və Müsavatdır. "Bu partiyaların bir araya gələ bilməməsi həmişə birlik istəklərini reallaşdırmağa imkan verməyib. Vaxtilə "Demkonqres"in, "Azadlıq" siyasi blokunun, "SİDSUH"un və digər qurumların dağılmasında da onlar rol oynayıb. AXCP ilə Müsavatın qarşılıqlı ittihamları və bir-birini qəbul etməməsi həmişə müxalifət düşərgəsində ciddi parçalayıcı amil olub" deyə S.Cəlaloğlu bildirib.

Arif Hacılı dönəmi bitir

Son vaxtlar, xüsusilə də, Müsavatın növbəti qurultaya hazırlaşdığı bir vaxtda A.Hacılıya qarşı partiyadaxli qruplaşma fəaliyyətlərini bir qədər də genişləndiriblər. Bu isə, A.Hacılıya ciddi problemlər deməkdir. Çünki, keçmiş başqan İsa Qəmbər yenidən əvvəlki postuna qayıtmaq niyyətindədir və bunun üçün də çalışır. Ötən həftə partiyadan istefalar baş verməsi bir növ iddialı İ.Qəmbərin planlarına daxil olan və A.Hacılıya yerini göstərmək üçün lazım olan məsələlərdəndir. Çoxları hələ də baş verən istefaların səbəbini A.Hacılının başqanlığa yaramamsı ilə əlaqələndirsələr də, əslində, başlıca səbəb yığılıb qalan problemlərin yeni dönəmdə qabarıq şəkildə üzə çıxması ilə bağlıdır. Çox maraqlıdır ki, A.Hacılı Müsavatdaxili vəziyyətə özünə məxsus şəkildə don geyindirməyə uğursuz cəhdlər göstərir. Bildirir ki, baş verənlər fikir plüralizmi və demokratik dəyişikliklərin nəticəsidir. Müsavat başqanının müavini Osman Kazımov, A.Hacılının qardaşı Mustafa Hacıbəyli, Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlı və digərləri utanıb-çəkinmədən A.Hacılıya haqq qazandırır, istefaları təbii proseslər kimi qiymətləndirirlər. Keçmiş müsavatçı Qubad İbadoğlu isə iddia edir ki, Müsavatın dağılmasının günahkarı A.Hacıldır: "Müsavat partiyası bir qrupun, bir ailənin nəzarətindədir. Partiyanı idarə edənlər məsuliyyəti dərk etmədən, partiyanın xəttində, partiyanın siyasi kursunda öz maraqları çərçivəsində etdikləri dəyişiklik partiyanın zəifləməsinə, partiyanın boşalmasına və nüfuzunun itirilməsinə gətirib çıxardı. İndiki şərtlərlə partiyanı bərpa etmək, yenidən canlandırmaq çətindir. Bunun üçün çox böyük resurslar tələb olunur, bu isə, Müsavatda yox dərəcəsindədir. Bütövlükdə, Müsavat partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat partiyasının başqanını tərifləməklə məşğuldurlar". Söz yox ki, İ.Qəmbərin A.Hacılıdan imtina etməsi, yeni imkan yaranacağı təqdirdə, başqanılığa qayıtması kimi başa düşülür. Bu fikiri möhkəmləndirən məqamlardan biri də, son vaxtlar İ.Qəmbərin önə cıxaraq "Milli-Strateji Düşüncə Mərkəzi" adından bəyanatlar verməsi və populist fikirlər səsləndirməsidir. Ona görə də, demək olar ki, İ.Qəmbər Müsavat başqanlığına qayıtmaq fikrindədir. Bu, baş verməyəcəyi təqdirdə isə, o, Müsavatdan imtina edə bilər. Çünki Müsavatda qalması onun əl-qolunu bağlayır. Həm də baş verən qalmaqallı hadisələri və qopmaları aradan qaldıra bilmədiyindən onun hədəflərini alt-üst edir. Yəni qınaq obyekti yardır. Bütün bunlar, onu deməyə əsas verir ki, A.Hacılı Müsavat daxilində mövqelərini tamamilə itirmək üzrədir. Bu isə partiyanın növbəti qurultayında onun üçün gözlənilməz sürpirizlər vəd edə bilər. Ən azı, başqanlıqdan getməsi ilə nəticələnər. Bununla da, onun siyasətdən birdəfəlik getməsi demək olacaq.
İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə