“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xeyriyyə aksiyası keçirir

“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xeyriyyə aksiyası keçirir

"Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə başlanan xeyriyyə aksiyası davam edir. "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin sədri Nərgiz Kərimovanın SİA-ya verdiyi xəbərə görə, aksiyaya artıq ayrı-ayrı fiziki şəxslərlə yanaşı, bir sıra elm-mədəniyyət adamları, ictimai xadimlər, müğənlilər qoşulub.

 

Eyni zamanda kampaniyaya artıq SOY Production ,Biz +, Tuk-Tuk, TİSA, Bakı Əyləncə Mərkəzi dəstək verib. Kampaniyanın yekunu olaraq 6 mart 2011-cu ildə Bakı Əyləncə Mərkəzinin Eliza Place zalında uşaq evlərindən olan qızların, ictimai xadimlərin, və eyni zamanda bizə dəstək olan dostlarımızın iştirakı ilə konsert proqramı təşkil olunacaq.

 

Qeyd edək ki, kampaniyanın daha da effektiv keçirilməsi üçün az sayda bilet satışa çıxarılacaq.Və satışdan əldə olunan gəlir xeyriyyə məqsədi ilə istifadə olunacaq. Kampaniyanın gedişi haqqında məlumatlar mütəmadi olaraq www.ushaq.az saytında yerləşdiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə