Xocalı soyqırımı günü İsveçdə yürüş-mitinq keçiriləcək

Xocalı soyqırımı günü İsveçdə yürüş-mitinq keçiriləcək
Fevral ayının 26-sı Xocalı soyqırımı günü ilə bağlı İsveçdə yürüş-mitinq keçiriləcək. SİA-nın xəbərinə görə, "Bakı" dərnəyi Xocalı soyqırımının tanınması və ermənilərin millətimizə qarşı törətdiyi bu tarixi cinayəti İsveç toplumuna çatdırmaq məqsədilə yürüş-mitinq keçirməyi planlaşdırır. Yürüş mitinqin saat 13:00-14:00-da keçirilməsi nəzərdə tutulub. Mitinq-yürüş Göteborg-Götaplatsen-dən başlayacaq və Brunsparken meydanında qətnamənin oxunmasi ilə bitəcək. Yürüş mitiniqinin keçirilməsini GADP, GAMOH, Oğuzlar qrupu, Türkdilli qrupların Göteborg işbirliyi qurumu dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə