Mixail Saakaşvili: “Dağlıq Qarabağ probleminin həlli Rusiyanın maraqlarına ziddir"

Mixail Saakaşvili: “Dağlıq Qarabağ probleminin həlli Rusiyanın maraqlarına ziddir"

Rusiya Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasına və Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur. SİA-nın xəbərinə görə, bunu Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili Tbilisidə Amerika Birləşmiş Ştatları müdafiə nazirliyinin beynəlxalq təhlükəsizlik üzrə müavini Aleksandr Verşbou ilə görüşü zamanı deyib. "WikiLeaks" iki diplomat arasında olan məlumatın Gürcüstanda yerləşən ABŞ səfirliyinin Ağ evə göndərdiyi məktubunda qeyd olunduğunu deyir.

 

Eyni zamanda Saakaşvili bildirib ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və Qafqazda mövcud olan münaqişələrin, xüsusən də Dağlıq Qarabağ probleminin həlli Rusiyanın maraqlarına ziddir: "Rusiya münaqişələrin həllində hər hansı bir kompromisin əldə olunmasının əleyhinədir. Rəsmi Moskva Qafqazda qarşıdurmaların mövcud olmasının tərəfdarıdır. Eyni zamanda sərhədlərin bağlı olması onların maraq dairəsindədir".

 

Gürcüstan prezidenti hesab edir ki, Rusiya ümidvardır ki, ABŞ Qafqazdan geri çəkiləcək və onlar regionda ABŞ, İran, Türkiyə və Gürcüstan üçün həssas olan münaqişələrdən istifadə edərək öz milli maraqları çərçivəsində addımlar atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə