Azərbaycanla Niderlandın təhsil sahəsindəki əməkdaşlığı müzakirə olunub
Təhsil naziri Misir Mərdanov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde ilə görüşüb. SİA-nın xəbərinə görə, təhsil naziri Azərbaycanla Niderland Krallığı arasındakı əlaqələrdən və bu əlaqələr çərçivəsində təhsil sahəsində əməkdaşlığın perspektiv istiqamətlərindən söz açıb. Azərbaycanla Niderland Krallığı arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün müxtəlif görüşlərin, simpoziumların keçirilməsini, alimlərin mübadiləsinin aparılmasını vurğulayan nazir, bu işdə qeyd olunan ölkənin səfirliyinin üzərinə də mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
Niderland Krallığının Azərbaycanla münasibətlərdə təhsil sahəsinə böyük önəm verdiyini qeyd edən səfir səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Səfir öz ölkəsində tibb, kənd təsərrüfatı və biznesin idarə edilməsi istiqamətlərinin geniş inkişaf etdiyini nəzərə alaraq, bu sahədə əməkdaşlıq təklifi ilə çıxış edib. Hər iki ölkənin universitetləri arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın inkişafının məqsədəuyğunluğunu qeyd edən səfir, eyni zamanda öz ölkəsində təhsil sahəsi üzrə İKT-nin tətbiqi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüşdə ölkədə təhsil sahəsi ilə bağlı təşkil olunan beynəlxalq sərgilərdə Niderland Krallığının iştirakı, qarşılıqlı səfərlərin təşkili və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb, eləcə də ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB