Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 16-da saat 15.20-dən 15.25-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi, saat 10.50-dən 10.55-dək və fevralın 17-də 02.55-dən 03.02-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə