Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Fransız dramaturq Molyer vəfat edib (1673)
- Fransız alim Kont "sosiologiya" termininin müəllifi hesab edilən Oqüst Kont anadan olub (1798)
- Böyük Britaniya Afrikadakı müstəmləkəsi olan Çəhrayı Respublikanın (indiki Cənubi Afrika Respublikası) müstəqilliyini tanıyıb. Bu, Afrika qitəsində müstəqillik əldə etmiş ilk dövlət idi (1854)
- Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib (1863)
- Rusiya çarı II Aleksandra sayca beşinci sui-qəsd cəhdi olmuş, "xalqçı" Stepan Xalturinin təşkil etdiyi terror nəticəsində Qış sarayında böyük partlayış baş versə də, çara zərər dəyməyib (1880)
- "Amerikanın səsi" radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlayıb (1947)
- Türk ordusunun komandası futbol yarışında amerikan rəqibini 19:0 hesabı ilə məğlub edib (1957)
- Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri olub (1972)
- Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq onun bir hissəsini işğal edib (1979)
- Amerikan fotomodel və aktrisa Paris Hilton anadan olub (1981)
- Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olub (1982)
- "ADA" proqramlaşdırma dili meydana çıxıb (1983)
- Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb (1993)
- Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb (1994)
- Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub (2002)
- Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib (2008)
- Türk musiqiçi və teatr aktyoru Aysel Gürel vəfat edib (2008)
- Amerikalı ermənişünas alim Ronald Suninin "Erməni xalqı: qədim dövrdən bu günə kimi" kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə