Yüzlərlə liviyalı ölkənin ikinci ən iri şəhərində nümayiş keçirərək ölkə liderləri əleyhinə şüarlar hayqırmış və polislə toqquşub. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Liviyadakı nümayişlərin Tunis və Misirdə baş verən xalq üsyanlarından ilham aldığı deyilir.
Sosial media vasitəsilə bir araya gələn müxalifət fəalları Benqazidə toplaşmış və diktator Müəmmər Qəddafini kəskin tənqid etmişlər. Etirazçılar polisi daşa basmış və polis kütləyə rezin güllələrlə atəş açmışdır. Xəstəxana rəsmiləri azı 38 adamın yaralandığını xəbər verir.
Şahidlər etiraz aksiyalarının 1996-cı ildə Əbu Səlim həbsxanasında atışmanın qurbanlarını müdafəiə edən insan haqları müdafiəçisinin həbs olunmasından sonra baş qaldırdığını deyirlər. Liviyanın dövlət mediası isə paytaxt Tripoli və Benqazidə hökumət lehinə nümayişlərin keçirildiyini xəbər verib. Liviya lideri Müəmmər Qəddafi 1969-cu ildə Qərbin dəstəklədiyi kralı devirəndən bəri hakimiyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB