Abdulla Öcalanın həbsini həyata keçirən qrupa rəhbərlik etmiş general həbs olundu
Türkiyədə maraqlı hadisələr baş verməkdədir. PKK lideri Abdulla Ocalanı Keniyada həbs edərək Türkiyəyə gətirən qrupun rəhbəri general Enqi Alan simvolik adı "Çəkic" olan dövlət çevrilişi planında şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib və Metris həbsxanasına salınıb.
SİA Türkiyənin "Milliyyet" qəzetinə istinadən xəbər verir ki, generalın həbsi maraqlı tarixə təsadüf edib. Məsələ burasındadır ki, fevralın 15-də həbs rdilən general E.Alan PKK lideri Abdulla Ocalanı da 15 fevral 1999-cu ildə həbs edərək Türkiyəyə gətirmişdi və uşaq qatili bu gün İmralı həbsxanasında ömürlük məhbəs həyatı yaşayır.
Maraqlı məqamlardan biri də budur li, general Türkiyənin yüksək rütbəli məmurları ilə söhbətində bildirib ki, nə vaxt Ocalan Ankaraya gəlsə, mən İmralı həbsxanasına gedəcəyəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB