Məleykə Abbaszadə: “Gəncədə magistratura pilləsinə bütün qruplar üzrə imtahan keçiriləcək”

Məleykə Abbaszadə: “Gəncədə magistratura pilləsinə bütün qruplar üzrə imtahan keçiriləcək”

"Gəncədə magistratura pilləsinə bütün qruplar üzrə imtahanlar keçiriləcək". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncəyə səfəri çərçivəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.

 

Onun sözlərinə görə, ötən il magistratura pilləsinə bir qrup üzrə keçirilən imtahanların təşkilat səviyyəsi qənaətbəxş olub. "Ötən il biz magistraturaya bir qrup üzrə Gəncədə imtahan keçirdik. Təşkilati işlərdən razı qaldıq. Eyni zamanda İcra Hakimyyətindən bizə kömək etdilər. Düşündük, təhlil etdik və qərara gəldik ki, bütün qruplar üzrə magistratura pilləsinə Gəncədə imtahanlar keçirilsin", M.Abbaszadə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə