Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə "Ağ ölümə" yox deyək!" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açmış, müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının üzvləri ilə yanaşı, rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili və Narkotiklərlə Mübarizə Bölmələrinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Bakı şəhər Narkoloji dispanserinin, Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri mövzu ilə bağlı çıxışlar etmiş, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırmış, narkomaniyanın fəsadları ilə bağlı "Axırıncı doza" filmi nümayiş olunub.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın rəhbəri Xalidə Bayramova rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonda uşaqlara narkomanlığa və QİÇS-ə qarşı mübarizə ilə bağlı bukletlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB