Qurultay ərəfəsi növbəti qalmaqal

Qurultay ərəfəsi növbəti qalmaqal

Arif Hacılı yenə də ittiham hədəfinə çevrilib

Son günlər Müsavat partiyasında funksionerlərarası baş verən qalmaqallar səngimək bilmir. Səbəbi isə qurultayərəfəsi "AKM"-nın yaranmasıdır. Bu barədə Müsavat partiyasının Məclis üzvü Könül Şamilqızı şəxsi feysbuk hesabında yazıb ki, qısa müddət sonra bu qurum Azərbaycana siyahılar göndərməyə başlayıb. Kimsənin tanımadığı adamların olduğu siyahıdakı şəxslərin partiyaya üzv edilməsi istənilib: "Avropanı dağıdan" təşkilatın siyahılarına bəzi Divan üzvləri qarşı çıxdılar. Buna baxmayaraq, Arif Hacılının israrları və çoxluqdakı Divan üzvlərinin səsləri ilə kimsənin tanımadığı o adamlar partiyaya üzv edildi. Əslində, Müsavat üzvü olmayan "AKM" üzvü ola bilməzdi. Avropadakı "moşenniklər" sıralarını belə genişləndirirdilər.
K.Şamilqızı onu da bildirib ki, əvvəllər başqa partiyada olanlar da Müsavatdan keçmiş tarixlə arayış alıblar: "Sonra məlum oldu ki, Səbuhi Hümmətov deyə əvvəlcə müsavatçı, sonra Sülhəddin Əkbərin partiyasına üzv olan, ardınca Qubad İbadoğlunun yanında durub Müsavatı söyən bir adam keçmiş tarixlə Müsavat üzvü arayışı alıb. Təbii ki, avtomatik olaraq da başqan aşiqi olub".

Arif Hacılının sirləri üzə çıxır

K.Şamilqızı, həmçinin onu da bildirib ki, bu rəzalətlərlə birlikdə bəzi partiya üzvləri Müsavat üzvlərinin olduğu qapalı feysbuk qrupunda "AKM" ilə bağlı şəffaflıq tələb edirlər: "AKM" üzvlərinin bu tələbdə bulunan Divan və Məclis üzvlərinə reaksiyası "Siz kimsiniz ki, hesabat verək" oldu. İlham Həsənin və digərlərinin bu barədəki skreenləri durur, arzu edilərsə, paylaşaram. Beləliklə, Müsavatda "paçkayla" üzvlük, arayış və "AKM" qaynaqlı qeyri-şəffaflıqla bağlı olduqca sərt mübahisələr başladı. Və istisnasız hər dəfə mübahisəni başladanlar A.Hacılını dəstəkləyən, çoxunun ya özü, ya hansısa yaxını tərəfindən Avropaya göndərilmiş bir neçə troll idi. Bu troll hücumlarından sonra məlum oldu ki, Nemət Kərimli Razim Əmiraslanlının əlinə tutuşdurduğu bir siyahıyla mən daxil 5 nəfərin Məclis üzvlüyündən çıxarılmağımı istəyib. Bir neçə nəfər, o cümlədən, İkram İsrafil etiraz eləyib. Nəticədə məsələ müzakirəyə çıxarılmayıb".
K.Şamilqızı bildirib ki, A.Hacılı "AKM" üzvlərini qorumaya alıb: "O gün A.Hacılının əmriylə "AKM" üzvləri qorumaya alındı - xaricdə yaşayan müsavatçılar adıyla biz qrupdan atıldıq. "AKM"-çilər üçün A.Hacılı ayrı whatsapp qrupu yaratdı - yəqin ki, sirləri çölə düşməsin deyə".

Növbəti qalmaqallı qurultay ərəfəsi

Bu, heç də təəccüb doğurmur. Çünki bundan əvvəlki qurultay da qalmaqala səbəb olmuşdu. Müsavatın sabiq başqanı İsa Qəmbərlə A.Hacılı arasında "mehriban" münasibət olsa da, İ.Qəmbər üçün qurultay zamanı açıq-aşkar Hacılının təbliğatını aparmaq, hər kəsi ona səs verməyə çağırmaq.
İ.Qəmbər bu vasitə ilə Müsavatın parçalanacağını da yaxşı bilirdi və bu amil ona sərf edirdi. Daha doğrusu, İ.Qəmbər istefalar, narazılıqlar fonunda özünü Müsavatın "alternativsiz başqanı", A.Hacılını isə bacarıqsız başqan kimi qələmə verməyə çalışırdı. Nəticədə isə, Müsavatın başıbəlalı 7-ci qurultayından bu günə kimi İ.Qəmbər bu prinsiplə "saman altdan su yeritməkdə " davam edir. Yenidən başqanlıq kürsüsünə nail olmaq üçün partiyadaxili ziddiyyətlərin daha da kəskinləşməsinə. Beləliklə, göründüyü kimi, "İ.Qəmbər getdi, Müsavat dağıldı" prinsipi sabiq başqana hava-su kimi lazımıydı və o, yendən başqan seçilmək üçün bu amili özünə qalib olaraq seçib. Bunu isə zaman göstərəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə