1 mart hadisələrindəki gülləbarana kim rəhbərlik edib? FAKTLAR + FOTOLAR

1 mart hadisələrindəki gülləbarana kim rəhbərlik edib? FAKTLAR + FOTOLAR

Ermənistanda 2008-ci ilin 1 mart hadisələrində etiraz aksiyaçılarına qarşıə atəş açmaq əmrini verən və bu prosesdə adı hallanan şəxslərdən biri də general-mayor Samvel Karapetyandır. SİA erməni mətbuatına istinadən xəbər verir ki, erməni general ona qarşı irəli sürülən iddiaları rədd edir, hətta “mən belə adama oxşayıram?” sualını verərək, əslində həmin suallardan yayınır. Lakin Sputnik Armeniya saytı onun barəsində bəzi araşdırmalara aparıb və əslində Samvel Karapetyanın nəinki 2008-ci ilin 1 martında ermənilərə, eləcə də, birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı amansız divan tutması barədə həqiqətlər aşkarlanıb.

Belə ki, Karapetyanın 1962-ci ildə Xankəndində anadan olduğu bildirilir. “O, ilk milli-azadlıq fəallarından biri kimi əhalini silahlı müqavimət göstərməyə çağırıb”, deyə yazılan bioqrafiyada o da xatırladılır ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbindən sonra, azərbaycanlıların Ağdamdan Əsgərana doğru istiqamət aldıqları zaman guya Karapetyan 200 nəfər könüllülər arasında olub və azərbaycanlıların erməni qəsəbəsinə daxil olmasının “qarşısını alıb”.

Bizim qeyd: Xatırladaq ki, həmin vaxt – 1988-ci ildə ermənilər qəzəblənmiş azərbaycanlıların qorxusundan qaçmışdılar və hiddətlənmiş azərbaycanlıların qarşısını kəsən məhz Azərbaycan xanımları olub. Onlar yaylıqlarını yerə ataraq, töküləcək qanın qarşısını almışdılar.

Sputnik Armeniya daha sonra general Karapetyanın sonradan Oqanovski soyadına necə keçməsi barədə də informasiya verib. Qeyd olunur ki, Samvel Karapetyan işğalçılığın ilk illərində özünə gizli “Oqanov” təcəllüsünü götürüb. Bu, onun anasının qızlıq soyadıdır. O cümlədən, Samvel Karapetyanın dayısı Rudolf Oqanov SSRİ-nin tanınmış avtoritetlərindən olub və oğru dünyasını təbliğ edib.

Bizim qeyd: Göründüyü kimi, Azərbaycan torpaqlarının işğalında iştirak edən və bu gün “qəhrəman” hesab edilən ermənilərin əksəriyyəti ya bilavasitə, ya da dolayı yollarla kriminal aləmə bağlı olublar.

Daha sonra yazılır ki, Oqanov soyadlı təxəllüs faktiki olaraq Oqanovskiyə çevrilib və burada məqsəd rus generalı Pyotr Oqanovskinin soyadına bənzəmək olub ki, həmin generalın kökü ermənilərə bağlı deyil.

Rus Oqanovskiyə gəldikdə isə, Birinci Dünya müharibəsi zamanı o IV Qafqaz ordu korpusuna komandanlıq edib və Türkiyə ərazisində Osmanlı Türkiyəsinə qarşı döyüşüb. Pyotr Oqanovskiy 1914-cü ildə Sarıqamış döyüşlərində də iştirak edib.

Beləliklə, rus Oqanovski kimi “ad-san” qazanmaq istəyində olan erməni Samvel Karapetyan, özü də Oqanovski olaraq 1992-2000-ci illərdə və ondan sonra Xankəndində yerləşdirilmiş mərkəzi müdafiə rayonundakı alaya rəhbərlik edib. Onun rəhbəri olduğu hərbi hissə torpaqlarımızın işğalında xüsusi xidmət göstərdiyinə görə, “döyüş bayrağı” ilə də mükafatlandırılıb.

Nəticədə işğalçılıq siyasəti nəticəsində soydaşlarımıza qarşı amansız qəddarlıqlar edən Samvel Karapetyan 1993-cü ildə Kəlbəcərin işğalı zamanı yaralanıb, sonra isə Horadiz əməliyyatlarında ağır güllə yarası alaraq üçgünlük cərrahiyyə əməliyyatı keçirib və təəssüf ki, gəbərməyib.

Karapetyan qondarma “DQR”in “qızıl qartal” adlı “ordeni”, eləcə də işğalçı Ermənistanın 1-ci dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif olunub. 2000-ci ildən Samvel Karapetyan qondarma “DQR”in müxtəlif yüksək “müdafiə” postlarına rəhbərlik edib. 2019-cu ildə isə “müdafiə nazirinin müavini” postundan istefa verib. Bu işğalçı erməni hazırda qondarma “DQR”in “azadlıq hərbçiləri ittifaqına” və “futbol federasiyasına” rəhbərlik edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə