Rusiya Batumini Türkiyəyə görə tutmağa cəhd göstərmədi SAAKAŞVİLİ

Rusiya Batumini Türkiyəyə görə tutmağa cəhd göstərmədi SAAKAŞVİLİ

“Türkiyə ordusu sərhəddə mobilizə olunmuşdu, ona görə də Rusiya Batumini tutmağa cəhd göstərmədi”. SİA xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilninin Müharibə və sülhün izahı insituna (IWPR) verdiyi müsahibəsindəki sözlərini "qruziya onlayn" saytı yazıb.

Belə ki, Avqust müharibəsi zamanı Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri ilə bağlı ona nə məlumdur, sualını da cavablandıran M.Saakaşvili deyib: “Mən sizə bu barədə elə bir şey deyə bilərəm ki, onu heç kim bilmir. Yəni Rusiya Gürcüstana tam daxil olsaydı, Türkiyə həmin vaxt necə hərəkət edərdi və s. Lakin Türkiyə ordusu sərhəddə mobilizə olunmuşdu və məhz bu səbəbdən Rusiya Batumini işğal etməyə cəhd göstərmədi”.

Bütün xəbərlər Facebook səhifəmizdə