Balakəndə ötən ilin yekunları müzakirə olunub

Balakəndə ötən ilin yekunları müzakirə olunub

Bu gün Balakəndə ötən ilin yekunları müzakirə olunub. Tədbirdə Prezident Administrasiyasının rəsmisi Məhərrəm Quliyev, Milli Məclisin üzvləri Kamilə Əliyeva, Rəbiyyət Aslanova, rayonun hüquq-mühafizə orqanlarının, digər idarə və müəssisələrin rəhbərləri iştirak edib.

 

Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O, ölkəmizdə, eləcə də rayonda gedən sosial-iqtisadi inkişafdan, əldə olunan uğurlardan danışıb: "Ötən il rayonda 265 nəfər işlə təmin olunub, 1700 ailəyə ünvanlı sosial-yardım verilib, orta məktəblərə 503 ədəd kompyuter verilib, 11 məktəb internetə qoşulub. 2010-cu ildə 191 məzun tələbə adını qazanıb. Aqrar sahədə isə 48,5 milyon manatlıq gəlir əldə olunub. Rayonun fermerləri Bakıda keçirilən yarmarkalara 105 ton məhsul çıxarıb. "Ekologiya ili" ərzində 154 min müxtəlif ağac əkilib".

 

Rayonun abadlaşmasında bələdiyyələrin də rolunu qeyd edən icra başçısı bildirib ki, təkcə 130 km kəndarası yollar Bələdiyyələr tərəfindən təmir olunub.

 

Tədbirdə Prezident Administrasiyasının rəsmisi Məhərrəm Quliyev, millət vəkilləri Kamilə Əliyeva və Rəbiyyət Aslanova da çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə