Armenianreport: “Yalnız Paşinyanın ifasında imitasiyalar, vədlər, sonsuz şoular mövcuddur”
Ermənistanın ictimai rəyində Nikol Paşinyana olan inamın sürətlə azalması günü-gündən daha çox müşahidə edilir. Ümumiyyətlə, erməni baş nazirinin vədlərini yerinə yetirə bilməməsi ilə yanaşı, onun daxili və xarici, iqtisadi və sosial siyasət sferalarındakı naşılığı, xüsusilə ard-arda yalanlar söyləməsi xalqı hiddətləndirir. Əbəs deyil ki, Paşinyanı KİV-lər də hədəfə almaqda davam edirlər və xatırlamaq olar ki, bənzər hədəfəalmalar zamanında keçmiş prezident Serj Sarkisyana qarşı da tətbiq edilirdi. Bütün bunlar isə ilk növbədə bu cür qənaətə gəlməyə zəmin yaradır ki, N.Paşinyanın siyasi karyerası bitmək, özü isə reytinqini tükəndirmək üzrədir.
Misal üçün, diqqətimizi armenianreport portalında Razmik Akopcanyanın məqaləsi çəkdi. “İradəsiz hakimiyyət” adlı məqalənin xüsusilə Ermənistanla bağlı bölmədə qeyd olunduğuna görə, ölkədəki siyasi və iqtisadi islahatlar təəssüf ki, baş vermədiş qaldı: “Hətta onların qoxusu belə gəlmir. Necə ki, korrupsiya ilə mübarizə reallığının da iyi gəlmir”.
“Onlara qarşı sıfır tolerantlıq rejimi tətbiq edilməmiş qaldı”
Maraqlı məqamlardan biri də budur ki, erməni baş nazir xalq qarşısında bütün ciddiliyini itirib, hətta o şoumen belə adlandırılır. SİTAT: “Yalnız Paşinyanın ifasında imitasiyalar, vədlər, sonsuz şoular mövcuddur. Korrupsionerlər isə onun hakimiyyətində dəmir barmaqlqlar arxasına keçirilmədilər. Onlara qarşı sıfır tolerantlıq rejimi tətbiq edilməmiş qaldı”.
Onu da qeyd edək ki, son vaxtlar erməni ictimai rəyində daha bir iddia səslənir ki, Nikol Paşinyanın inqilabı əvvəlcədən Serj Sarkisyanla razılaşdırılıb. “Ermənistan balaca ölkədir və burada həqiqəti əritmək mümkün deyil”, yazılan məqalədə bildirilir ki, xalqın gözü açıqdır.
“Söhbətlər gəzməyə başlayıb ki, yeni hakimiyyət belə bir indulqensiyaya görə lazımi kompensasiya alıb”
Qeyd edək ki, artıq erməni ictmai rəyi yuxarıda bildirilən iddia ilə yanaşı, Paşinyanın yalançılıq üzərində oyun oynadığını da deyirlər. Hətta o da bildirilir ki, Serj Sarkisyanın adamlarının əllərini sallayaraq rahat şəkildə öz həyatlarını davam etdirib, zəngin ömür sürmələri sadə xalqı dərindən qıcıqlandırır. SİTAT: “Xalq hər şeyi görür və bilir ki yeni hakimiyyət ona yalan danışır. Xalq bilir ki, keçmiş Sarkisyan rejiminin qorucuyu bəndi sayılan oğrular və müxtəlif masştablı cinayətkarlar talan etdiklərinə görə müvafiq cəzalarını almayıblar. Onlar özlərini hansı yollasa təhlükəsizliklə təmin edə biliblər. Ona görə də artıq söhbətlər gəzməyə başlayıb ki, yeni hakimiyyət belə bir indulqensiyaya görə lazımi kompensasiya alıb”
“Bundan sonra Paşinyan üçün yalnız pis olacaq”
Beləliklə, cərəyan edən hadisələr, ümumilikdə Ermənistanın daxilindəki mövcud vəziyyət də sübut edir ki, qısa zamanda Nikolun da dövrü bitəcək. Çünki artan xalq narazılığı, ortaya çıxan digər məsələlər deyilənlərin həqiqət olduğunu sübut edir. Daha dəqiq desək, mövcud hakimiyyətə nə inam, nə də ümid qalıb. SİTAT: “Bütün bunlar yeni hakimiyyətə və şəxsən Paşinyana qarşı olan inamı sürətlə aşağı salıb. Bundan sonra isə onlar üçün yalnız pis olacaq. Həm də ona görə ki, islahatlar nəticəsində korrupsiya ilə mübarizənin yoxluğu siyasi iradəsizliyin göstəricisidir. Ortada yalnız fantastik xarakterli vəd var ki, onun da müddəti 2050-ci il təyin olunub. Bu isə açıq-aşkar xalqı ələ salmaqdır ki, Paşinyan həmin vasitə ilə hakimiyyətə yiyələnməsini təmin etmişdi”.
Göründüyü kimi, artıq Nikolun şou xarakterli hakimiyyət idarə etməsinin başlanğıcı gəlib-çatıb. Bu başlanğıc isə, ilk növbədə Ermənistanı daha ağır vəziyyətə doğru sürükləyir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB