Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.

SİA-nın məlumatına görə, dəyişiklikliyə uyğun olaraq, Elektron Reyestrin yeni bir bölməsi yaradılıb.

Qərarla Reyestrin bölmələrinə “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Yeni bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici
sənədlər daxil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə