Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsini hərbi yolla tənzimləməyə kifayət qədər imkanlarımız var”
Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə konfrans zamanı o, bir çox məsələlərə aydınlıq gətirib. M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ məsələsi dinc yolla tənzimlənməlidir, amma hərbi yolla da tənzimləməyə kifayət qədər imkanlarımız var. Onun sözlərinə görə, İran Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində sui-istifadə ilə məşğuldur: "Biz bütün dünyaya, o cümlədən İranın özünə bildirməliyik ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana yardım etmək lazım deyil. İran Şuşanın işğal olmasında məsuliyyət daşıyır. Eyni zamanda, məsələ bundadır ki, bəzi dövlətlər İran-Azərbaycan dövlətlərinin münasibətinin mahiyyətini belə başa düşürlər ki, Azərbaycanın İrana qarşı çox böyük sevgisi var. Biz İran-Ermənistan münasibətlərinə qarışmamalıyıq. İran getsin, Ermənistana kömək etsin".
M.Əhmədoğlu vurğulayıb ki, İran Ermənistana hərtərəfli dəstək verir. Onun sözlərinə görə, İranın öz əhalisi acından qırılır, ona baxmayaraq Ermənistan üçün 200 milyon dollarlıq layihəni reallaşdırmağa çalışır: "İran bir şeyi bilməlidir ki, ABŞ və ya Rusiyaya Dağlıq Qarabağ məsələsini həll etməyə illərlə, aylarla, İrana Dağlıq Qarabağ münaqişəsini həll etməyə saatlarla vaxt lazımdır. Dağlıq Qarabağ münaqişəsi Rusiya ilə də bağlıdır".
Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsində qətiyyət göstərməyib. M.Əhmədoğlunun sözlərinə görə, onun yaranmağında Azərbaycanın böyük rolu olub. O qeyd edib ki, indinin özündə də Azərbaycan ATƏT-in Minsk qrupundan əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB