“Klaviatura qəhrəmanı” və bloqer olan AXCP sədrinin başqa çarəsi qalmayıb
AXCP sədri Əli Kərimlinin son fürsətləri də əlindən çıxandan sonra, rəhbərlik etdiyi siyasi təşkilatının sıraları sürətlə seyrəlməyə başlayıb. Əbəs deyil ki, biz dəfələrlə onun sosial şəbəkələr vasitəsilə insanları AXCP-yə üzv olmağa çağırdığının, müxtəlif vədlər verdiyinin şahidləri olmuşuq. Çox yəqin ki, bu dəfə də eyni hal yaşanır və Kərimli yenidən “klaviatura qəhrəmanlığı” edərək, Cəmil Həsənlinin kontekstində “sevgili xalqım”, “ulu millətim” şüarları altında “boy göstərib”. Belə ki, sözügedən statusunun ilk rəyindəcə üzvlük anketini yerləşdirən AXCP sədrinin digər iddiası da gülünc təsir bağışlayıb. Məsələn, o AXCP-nin sədri br tərəfdən iddia edir ki, partiyasının rayonlarda kifayət qədər çox (?!) özək təşkilatları var, yaxud, partiyaya hər ay yüzlərlə insane üzv yazılır, amma digər tərəfdən hər kəsi bu siyasi təçkilata üzv olmağa çağırır. O cümədən, digər sual yaranır ki, əgər Ə.Kərimli həqiqətən də tərəfdarlarının bu qədər çox olduğunu bəya edirsə, niyə onun aksiyalarına uzağı 1000-2000 nəfər adam toplaşır? Bunu siyasi güc adlandırmaq nə qədər doğru olardı?
AXCP yarasız siyasi dərnəyə çevrilib
Söz yox ki, zamanında, daha dəqiq desək AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin vaxtında bütöv halda fəaliyyət göstərən partiya pis-yaxşı ölkənin siyasi ündəmində mövcudluğunu qoruyub-saxlayırdı, hətta kütləvi aksiyaları da digər müxalifət partiyalarından seçilirdi. Lakin Ə.Kərimlinin Ə.Elçibəyə qarşı törətdiyi bəlli xəyanətlərinin ardınca, onun “Yurd” qruplaşması yaradıb, AXCP-ni beş-altı qanada parçalamasından sonra necə deyərlər, partiyanın müxalifətdaxili nüfuzu öldü və AXCP yararsız dərnəyə çevrildi. Bu gün Ə.Kərimlinin sədri olduğu AXCP ictimai rəyə məhz yararsız dərnək təsirindən başqa heç bir təsiri bağışlamaqdadır.
Bu arada, onu da xatırlatmaq olar ki, əgər Ə.Kərimli iddia edirsə ki, o Xalq Cəbhəsi Parityasının sədridir və s. bu zaman o dərindən yanılır. Çünki ən azı, ölkədə bir neçə Xalq Cəbhəsi partiyası fəaliyyət göstərir. Misal üçün, Razi Nurullayevin sədri olduğu alternativ AXCP, Mirmahmud Mirəlioğlunun sədri olduğu və klassik adlandırdığı Xalq Cəbhəsi, ya da Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Parityası. Əgər nəzərə alarsaq ki, hazırda Xalq Cəbhəsi Partiyası şinelindən çıxmış insanlar digər adlar altında siyasi partiyalar qurublar, onda nəyin-necə olduğunu tam çılpaqlığı ilə görmüş olarıq.
BAXCP: “Onlar üçün fərqi yoxdur Əli olsun, Məmməd olsun, yaxud Fatmanisə, ya da Tükəzban...”
Yeri gəlmişkən, BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəylinin mövzu ilə bağlı mətbuata verdiyi açıqlaması özündə bir neçə ilginc faktları əks etdirməkdədir. Xüsusilə, Ə.Kərimlinin iddia etdiyi kimi, bütün xalq cəbhələrinə rəhbərlik etməsi məsələsinə münasibətini bildirən E.Mirzəbəyli belə bir nəticə çıxarır ki, bu şəxs, yəni Ə.Kərimli AXCP-nin heç bir qanadına rəhbərlik etmir: “Əli Kərimli çox güman ki, sosial şəbəkələrdə, əksər hallarda xaricdən idarə olunan səhifələrdəki trollarını nəzərdə tutur. Qeyd edək ki, hazırda trolların klonlaşdırılması ilə bağlı xüsusi proqramlar var. Bu robot-proqramların vasitəsilə bir neçə dəqiqənin içərisində yüzlərlə profil açmaq, hədəfə alınan regionun xüsusiyyətlərinə və reallıqlarına uyğun virtual “vətəndaşlar” yaratmaq mümkündür. Belə proqramlardan əsasən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları istifadə edirlər. O ki, qaldı Ə.Kərimlinin siyasi biznes strukturunun insan potensialına, belə potensial nəinki yoxdur, heç olması da mümkün deyil. Hətta hansısa narazı insanların bu və ya digər şəkildə öz ürəklərini boşaltmaq üçün Kərimlinin pafoslu, arqumentdən uzaq emosional boşboğazlıqlarına münasibət bildirməsi mümkündür. Amma bu anlama gəlmir ki, həmin şəxslər onu bir siyasətçi kimi qəbul edirlər. Həmin şəxslər narazılıqların dilə gətirildiyi istənilən virtual məkanda aktivdirlər. Onlar üçün fərqi yoxdur Əli olsun, Məmməd olsun, yaxud Fatmanisə, ya da Tükəzban... Mən daha öncə klonlaşdırma proqramlarından söz açdım. Düşünürəm ki, bu artıq öz ömrünü başa vurmuş və hətta Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində belə effektivliyini itirmiş siyasi texnologiyadır. Əli Kərimlinin “Facebook” partiyası yalnız virtual məkanda keçirilən “aksiyalar”da görünə bilər”.
“Kərimli olsa-olsa AXCP-nin lələyinə rəhbərlik edə bilər”
“Tövsiyə edərdim ki, Ə.Kərimli Mark Zukerberqə müraciət edib “partiyasını” qeydə aldırsın”, deyən BAXCP-nin sədri müavini əlavə edib ki, onun siyasi iddiasını təmin edə biləcəyi yeganə məkan “Facebook”dur: “Kərimli AXCP-nin heç bir qanadına rəhbərlik eləmir. Əgər qanadı olsaydı öz potensialını dəfələrlə üstələyən hikkəsi ilə hətta tək qanadla da uçmağa cəhd göstərərdi. Kərimli olsa-olsa AXCP-nin lələyinə rəhbərlik edə bilər. Bir az da müasir informasiya və kommunikasiya texnologiyaları nəzərə alsaq, Kərimlini AXCP-nin klaviaturasının lideri kimi təqdim etmək mümkündür”.
Görünən isə budur ki, elə E. Mirzəbəylinin mediaya verdiyi açıqlamasından Ə.Kərimlinin sadəcə polyaçilik etməsi aydın şəkildə görünür. Daha doğrusu, informasiya texnologiyalarının müasir zamanda təqdim etdiyi bütün vasitələrindən maksimum qaydada yararlanan AXCP sədri bu minvalla özünü həm ictimai rəyə, həm də xaricdəki agentura başçılarına “müxalifət lideri” olaraq sırıyır. Amma bunun da bir gün üstü tam açıldıqdan sonra, hətta öz saxtakar “liderliyini” qorumaq məqsədi ilə küçələrə adam çıxarmaq cəhdindən sonra məlum olacaq ki, Ə.Kərimlinin ətrafında uzağı 1000-2000 nəfərdən artıq adam olmayacaq. Bütün bunlar isə onun pafoslarının, yalanlarının, boş vədlərinin növbəti ifşası və iflası kimi yaddaşlarda qalacaq. Necə ki, hazırda da eyni hal müşahidə olunmaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB