Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə müxtəlif vəzifələr müzakirə olunub. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əlavələr müzakirə olunur. Onun sözlərinə görə, qanuna əlavədə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
"Əvvəl mənzil növbəsində duran əlilliyi olan şəxs hətta növbəsinin çatmasına beş gün qalmış belə vəfat edirdisə, ailəsi növbədən məhrum olunurdu. Bu narahatlığı aradan qaldırmaq üçün müvafiq əlavənin olmasına ehtiyac var", - deyə o bildirib.
Millət vəkili Musa Quliyev isə vurğulayıb ki, komitə iclası zamanı çıxışında əlillər üçün norma kimi götürülən 9 kvadrat metr ev sahəsi Sovet İttifaqı vaxtı qəbul olunmuş normadır və günün tələblərinə cavab vermir. Komitəsinin sədri isə qeyd edib ki, dəyişikliklərin olunması artıq müvafiq strukturlarla müzakirə olunur və bu məsələnin öz həllinin tapacağına əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB