“Məcburi əmək və insan alveri” adlı kitabın təqdimat mərasimi keçirilib

“Məcburi əmək və insan alveri” adlı kitabın təqdimat mərasimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Beynəlxalq Əmək Təşkilatı, ATƏT və Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəzin birgə həyata keçirdiyi insan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi layihəsi çərçivəsində "Məcburi əmək və insan alveri" adında əmək müfəttişləri üçün təlimat kitabının təqdimat mərasimi həyata keçirilib.

Qurumdan SİA-ya verilən xəbərə görə, ƏƏSMN-də keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının baş texniki məsləhətçisi Zsolt Dudas, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəsmisi, habelə aidiyyəti dövlət qurumları, sosial tərəfdaşlar, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərin nümayəndələri iştirak ediblər.

Dövlət Əmək Müfəttişliyinin rəisi Rauf Tağıyevin açılış nitqi ilə başlayan təqdimat mərasimi çərçivəsində əmək müfəttişlərinin preventiv, təqibedici və müdafiəedici rolunu gücləndirilməsi üzrə müzakirələrlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə