İranın müxalifət liderləri 14 fevral hadisələri ilə bağlı xalqa müraciət ediblər

İranın müxalifət liderləri Mirhüseyn Musəvi və İranda prezidentliyə sabiq namizəd Mehdi Kərrubi 14 fevral hadisələri ilə bağlı xalqa müraciət ediblər. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Mirhüseyn Musəvi 14 fevralda keçirilən aksiyalarda şəhid olanların ailələrinə başsağlığı verib. O, bu kimi aksiyalar və hərəkatlar nəticəsində İran xalqının hüquqlarının bərpasına nail olunacağını vurğulayıb: "Biz İmam Xomeyni və xalqa verdiyimiz sözlərə vəfalıyıq".

 

İranda prezidentliyə sabiq namizəd Mehdi Kərrubi Tehranda 14 fevral hadisələri ilə bağlı verdiyi bəyanatında baş verən qarşıdurmanı, ölüm hallarını pisləyib. Bəyanatda siyasi məhbusları azad etmək, müstəqil qəzet və agentliklərə işləməyə imkan yaratmaq tələb olunur: "Mən xalq və İmam Xomeyni ilə bağladığım əhdə vəfalıyam. Heç bir təhdiddən qorxum yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə